Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

4 iyul 2023

20:36:13
1377189

Kənani: İranın ŞƏT-ə üzv olması hər iki tərəf üçün faydalıdır

ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammiti iyulun 4-də virtual formatda keçiriləcək.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq. 

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

O bildirib ki, İranın ŞƏT-ə üzvlüyü hər iki tərəfin - həm İranın, həm də təşkilatın və onun üzvlərinin maraqlarına uyğundur. Bu müsbət hadisə mühüm regional təşkilat kimi ŞƏT-in dəyərini gücləndirə bilər. Bu dəyişiklik bütün üzv ölkələrin maraqlarına uyğun olacaq və regionalizm prosesini gücləndirəcəkdir.

Bu yaxınlarda Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlayıb. Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov bildirib ki, İranın təşkilata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Yeni Dehlidə keçiriləcək sammitdə əsas qərar olacaq.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.

342/