Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

4 iyul 2023

20:35:49
1377188

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.

Qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib.

İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.

İran prezidenti Rəisi üzv dövlətlərin birlik və sülh yaratmaq üçün ən böyük imkanlarını öz sivilizasiya imkanları hesab edib və deyib: İndi bu qədim qitə özünə gəlib, yenidən əxlaqa, mənəviyyata, ədalətə, rasionallığa arxalanaraq sivilizasiya yaratmalıdır. Bu “böyük sivilizasiyalar ailəsi”nin simvolu olan Şanxay Əməkdaşlıq Təşkilatı hazırda regional yaxınlaşma və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın yeni üfüqlərini yarada biləcək mövqedə dayanır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib:İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq.

342/