Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

3 iyul 2023

21:25:53
1376941

İsveç terrorçulara dəstəyinə son qoysun

Türkiyə parlamentinin sədri bildirib ki, verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır.


 

İsveçin NATO-ya daxil olması Stokholmun reallaşmayan arzusudur. Bunu"Milliyet" qəzetinə müsahibəsində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

"Türkiyə sözlərinə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə edir, onu yerinə yetirir, lakin biz həm də onların verdiyi sözə əməl etmələrini istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır", - parlament sədri vurğulayıb.

Kurtulmuş qeyd edib ki, terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyə güclü təzyiq altındadır: "Türkiyə isə tələb etdiyi həyata keçməyincə bu məsələdə geri addım atmayacaq".

Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin o vaxtkı baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb.

Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub. Eyni zamanda Türkiyə Stokholmdan terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməyib.

Qeyd edək ki, Türkiyənin NATO-da müttəfiqi hesab olunan qərb ölkələri PKK terrorçularına dəstək verirlər.