Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

3 iyul 2023

21:24:56
1376939

İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək


İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini “Rza Nəcəfi” yüksək səviyyəli ekspertlərdən ibarət nümayəndə heyətinin başçılığı ilə bu gün başlayacaq iki günlük Qoşulmama Hərəkatının Zirvə iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtına səfər edib.

Nümayəndələr Bazar ertəsi və çərşənbə axşamı yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin konfransında iştirak edəcəklər.

Çərşənbə və cümə axşamı Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi də planlaşdırılır .