Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

3 iyul 2023

12:30:00
1376838

İran Fransaya NOTA verdi: İran xalqının və məmurlarının qatillərinə dəstək verməyin və ev sahibliyi etməyin sonu pisdir!

Nasir Kənani, Fransa hökumətinin terrorçulara ev sahibliyi etməyinin siyasi və hüquqi nəticələri barədə xəbərdarlıq edərək, vurğulayıb: “Dəhşətli cinayətlər törədərək vətəninə, millətinə xəyanət etmiş terrorçular mütləq xarici havadarlarına da xəyanət edəcəklər. Bu baxımdan terrorçuların havadarları nəinki onların qarşısını alacaq, hətta bu yanğın törədənlərin əməllərinin tüstüsü onların öz gözlərini çıxaracaqdır.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransa hökumətinə İran vətəndaşları və rəsmilərinə qarşı terror aktları törədən qatilləri dəstəkləmək və onlara ev sahibliyi etmək yanaşmasını davam etdirilməsinin siyasi və hüquqi nəticələri barədə xəbərdarlıq edib.

Nasir Kənani Fransanın bu ölkədəki siyasi-ictimai narazılıqlar və xalq etirazları ilə eyni zamanda, münafiqlər adlı terrorçu firqənin toplantısına ev sahibliyi etməsini Fransa hökumətinin öz vətəndaşlarının tələblərinə biganə qalmasının və terrorçu qruplara siyasi dəstəyin davam etdirilməsinin nəticəsi hesab edib və bunu qəti şəkildə pisləyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib:

 “Fransa dövlət xadimləri keçmişin kobud səhvlərini kompensasiya etmək əvəzinə, İran xalqının qatillərinə dəstək verirlər. Onlar Fransanın dərin daxili problemlərini və böhranını kökündən həll etməyə, Fransa vətəndaşlarına qarşı ayrı-seçkiliyi və irqçi rəftarı düzəltmək əvəzinə, terrorçuların toplaşması üçün arena və meydan təmin edirlər. Elə bil halda bunu edurlər ki, bu yaxınlarda terrorçuların Albaniyadakı qalmaqalının gurultusu bütün dünyanın qulağına çatıb.”

Nasir Kənani, Fransa hökumətinin terrorçulara ev sahibliyi etməyinin siyasi və hüquqi nəticələri barədə xəbərdarlıq edərək, vurğulayıb: “Sarsıdıcı və dəhşətli cinayətlər törədərək vətəninə, millətinə xəyanət etmiş terrorçular mütləq xarici havadarlarına da xəyanət etməkdən çəkinməyəcəklər. Bu baxımdan terrorçuların havadarları nəinki onların qarşısını alacaq, hətta bu yanğın törədənlərin əməllərinin tüstüsü onların öz gözlərini çıxaracaqdır.”

Diplomatik qurumun sözçüsü əlavə edib:“Fransa dövlət xadimlərinə başqa ölkələrin daxilində terror və xaos yaratmaq üçün bu cür terror qruplaşmalarına dəstək verməkdənsə, fransız xalqının istəklərinə diqqət yetirməyi tövsiyə edirik.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!