Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

1 iyul 2023

20:30:00
1376448

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Quranın yandırılması ilə bağlı bəyanatı

Ü.Ə.B.(ə).A: İsveç hökumətinin Quranın yandırılmasına icazə verməsi islamafobiyanı və dünyada zorakılığı təbliğ etmək məqsədi daşıyır.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası İsveçin bu təhqiramiz hərəkətə lisenziya verilməsi ilə bağlı rüsvayçı hərəkətini şiddətlə qınayır və dünyanın bütün azadlıqpərəstlərini və təkallahlılarını müsəlmanları təhqir etmək kimi çirkin siyasətə qarşı çıxaraq, onları müsəlmanların yanında olmağa çağırır.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq, alçaq insanların Müsəlmanların müqəddəs kitabını yandırmaq kimi mənfur hərəkətini pisləyərək, İsveç rejiminin bu təhqiramiz hərəkətə lisenziya verilməsi ilə bağlı rüsvayçı hərəkətini qətiyyətlə pisləyib və dünyanın bütün azadlıqpərəstlərini və təkallahlılarını müsəlmanları təhqir etmək kimi çirkin siyasətə qarşı çıxaraq, onları müsəlmanların yanında olmağa və müsəlmanlarla birgə bütün İslamofobiya məqsədi ilə həyata keçirilən, dünyanı güvənsiz etmək, ekstremizmi gücləndirmək və dünyada zorakılığı təbliğ edən mənfur əməllərin təkrarlanmasına qarşı qətiyyətlə mübarizə aparmağa səsləyib.

 

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının bəyanatının tam mətni:

 

Bismilləhir Rahmənir Rahim

“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.”

(Quran, əs-Saff surəsi, 8-ci ayə)

 

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər və Allah nurunu tamamlayandır. Hərçənd ki, kafirləriin xoşuna getməsə belə. Bir daha dünya müsəlmanlarının müqəddəs kitabını yandırmaqda alçaq insanların şərəfsiz və iyrənc hərəkəti bütün dünyadakı milyardlıq müsəlman cəmiyyətinin duyğularını incitmiş, və onların ikrah, qəzəb və nifrətinə səbəb olmuşdur.

Təəssüflər olsun ki, insan təbiətinə zidd və insan hüquqlarına zidd olan bu əsassız addım insan hüquqlarına hörmət etdiyini iddia edən İsveçdə artıq bir neçə dəfə baş verib.

Eyni zamanda, hər dövr və əsrdə, hər yer və hər bir məkanda insanları doğru həyat yoluna və bəşəriyyəti səadət yoluna yönəldən saleh əməl, mesaj və təlimləri olan Allahın nurlu kəlamlarının gündən-günə parlaq və getdikcə artan nuru, bütün dünyada mənəviyyat, əxlaq və tövhidlə maraqlanan insanların qəlbini gündən-günə daha çox haqqa doğru cəlb edir.

Qlobal cinayətkar təkəbbür və beynəlxalq cinayətkar sionizm bu həqiqəti dərk etmir və bu səbəbdən daima haqq hərəkatının istiqamətini dəyişməyə və İlahi vədi yerinə yetirməyə çalışırlar.

2 milyarda yaxın müsəlmanın qəlbinin Vəhy evinə və Beytullahul-Harama yönəldiyi İbrahimi həccin mübarək günlərində, milyonlarla müsəlmanın iştirak etdiyi möhtəşəm Həcc Qurultayının “Ləbbeyk Allahummə Ləbbeyk'' çağırışı ilə keçirilildiyi bir vaxtda yenə də qlobal qaniçən təkəbbür, məkrli və fitnəkar beynəlxalq sionizm, onlara tabe olan şeytani qruplaşmalar, “ifadə azadlığının yüksək dəyərini” bəhanə edərək İslamın müqəddəs Səmavi kitabı olan Quran kərimin bir nüsxəsini yandırdılar. İsveç hökumətinin belə bir toplantıya icazə verilməsi və bu iyrənc əməli həyata keçirməsi ilə bağlı verdiyi axmaq və şərəfsiz qərarı onların ifadə azadlığı bəhanəsi ilə nifrət dolu təkəbbürlü xarakterindən irəli gəlir. Bu şiddətlə qınanan bir hərəkətdir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası İsveçin bu təhqiramiz hərəkətə lisenziya verilməsi ilə bağlı rüsvayçı hərəkətini şiddətlə qınayır və dünyanın bütün azadlıqpərəstlərini və təkallahlılarını müsəlmanları təhqir etmək kimi çirkin siyasətə qarşı çıxaraq, onları müsəlmanların yanında olmağa çağırır və İslamofobiya məqsədi ilə həyata keçirilən, dünyanı güvənsiz etmək, ekstremizmi gücləndirmək və dünyada zorakılığı təbliğ edən mənfur əməllərin təkrarlanmasına qarşı qətiyyətlə mübarizə aparmağın zəruriliyini vurğulayır.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bir daha İsveç dövlət orqanlarına xəbərdarlıq edir ki, yüksək ifadə azadlığı anlayışından suistifadə edərək İlahi dinlərin davamçılarının mədəniyyətinə qarşı zidd hərəkətlərinı, onların müqəddəs atributlarına və dəyərlərinə qarşı nalayiq və təhqiredici hərəkətlərə son qoysunlar. Başqalarının müqəddəs sandıqları atributlarına, inanclarına və insan hüquqlarına hörmətlə yanaşmaqda öz ciddi məsuliyyətlərini dərk etsinlər. İsveç dövləti bu cür anti-mədəni və qeyri-insani cərəyanların baş verməsinin və davam etməsinin qarşısını almalı, anti-insani hərəkatlara, irqçi nifrətin yayılmasına qarşı durmaq üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bütün beynəlxalq qurumları və təşkilatları öz missiya və vəzifələrinə əsaslanaraq, bəşər cəmiyyətləri arasında dinc yanaşı yaşama platformasının inkişafı və möhkəmlənməsinə köməklik göstərməyə səy göstərməyə çağırır. İnsanların əqidəsini təhrif edən, insanlar arasında gərginliyə, sarsıntılara, ixtilaflara və nifrətə səbəb olan, bəşər cəmiyyətlərində anormallıqların yaranmasına və genişlənməsinə gətirib çıxaran hər hansı bir hərəkət və addımlardan çəkinməlidirlər ki, missiyaların əksinə olaraq öz vəzifələrini yerinə yetirmiş olmasınlar.

Ümumdünya Əhli-Beyt (ə.s) Assambleyası Qurani-Kərim sahəsindəki çalışan insanlara, möminlərə, başda Qərb ölkələri olmaqla bütün dünya müsəlmanlarına, eləcə də həqiqət ardınca olanlara və dünyanın azadlıqsevərlərinə səslənir:

- Özünüzü təmkinlə saxlayaraq soyuqqanlılığınızı qorumağa çalışın, zorakı hərəkətlərdən çəkinin və Qurani-Kərimin ali hökm və təlimlərinə əməl etməklə, bu səmavi kitabın əmrlərinin yerinə yetirilməsini və onun həyatdakı təsirlərini ən gözəl şəkildə göstərin.

-Bəyanat vermək kimi müxtəlif yollarla ictimai rəyi maarifləndirmək, məlumatlandırmaq, onların diqqətini birgəyaşayışın inkişaf etdirilməsinin ciddi məsuliyyətinə cəlb etmək üçün çoxsaylı konfrans və görüşlər keçirin. Məmurlarla, ziyalılarla, mütəfəkkirlərlə görüşüb söhbət edin. Başqalarının hüquqlarına hörmət edin və onların müqəddəs saydıqları atributlara, dini dəyərlərinə təhqir etmək kimi nifrət dolu davranışların qarşısını alın. İnsan cəmiyyətlərində mənəviyyat, əxlaq və insanlığı təbliğ edin.

 

Salam Olsun Hidayət Yolunun Davamçılarına

 

Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının

İctimaiyyətlə Əlaqələr Şöbəsi

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!