Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
cümə axşamı

29 iyun 2023

15:20:16
1376096

İran İsveçdə Qurani-Kərimə qarşı növbəti təxribatı kəskin şəkildə pisləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçdə İslamın müqəddəs kitabı Qurani-Kərimiə qarşı yeni təhqiramiz hərəkəti kəskin şəkildə pisləyərkən deyib: İsveç hökumətindən bu cür mənfur əməllərin təkrarlanmasının qarşısını almaqla yanaşı , bu mövzuda məsuliyyət və hesabatlılıq prinsipinə ciddi şəkildə nəzərdən keçirməsi gözlənilir .

İsveçin baş naziri Ulf Kristersson Qurban bayramında müqəddəs Quran kitabının yandırılması ilə müşayiət olunan aksiyanın keçirilməsini tamamilə qanuni hesab edib.

Bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani cümə axşamı İsveçin anti-islamçılara Qurani-Kərimə təhqiri təkrarlamaq üçün verdiyi icazə və yaşıl işıqa cavab olaraq deyib: Xüsusilə İslam ümmətinin müqəddəs günləri və həmçinin milyonlarla müsəlmanın Ümumdünya Həcc Konqresinə toplaşması ilə eyni vaxtda səmavi müqəddəsliklərə qarşı Təhqirin təkrarlanması üçün zəmin yaratmaq təxribatçı, düşünülməmiş və qəbuledilməz bir hərəkətdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının dinlərə və həqiqi dini təlimlərə hörməti təşviq etmək səylərinə toxunaraq deyib: Müqəddəs kitabları təhqir etmək zorakılıq və nifrət yaymaq nümunəsidir və insan hüquqlarının orijinal dəyərlərinə ziddir.

342/