Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
cümə axşamı

29 iyun 2023

15:19:11
1376093

İran Cənubi Qafqazda sülhün bərqərarı üçün diplomatik səylərini artırır

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Cami-Cəm qəzeti üçün yazdığı şərhdə prezident Rəisinin Ermənistanın baş naziri ilə son telefon danışığına münasibət bildirib.

Keçmiş səfir həmin şərhdə yazır ki, cənab Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı, eləcə də xarici işlər naziri Əmir-Abdullahiyan və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı qonşularla əməkdaşlığı inkişaf etdirmək üçün 13-cü hökumətin siyasəti çərçivəsindədir. Əslində, bu təmaslar onu göstərir ki, qonşuluq siyasəti İran üçün uzunmüddətli strateji yanaşmadır və qısamüddətli taktiki addım kimi qəbul edilməməlidir.

Möhsün Pakayin qeyd edib ki, İranla Azərbaycan arasında fikir ayrılıqlarını azaltmaq və mövcud vəziyyətdən çıxış yollarını tapmaq rəsmi Tehranın gündəmindədir. Xarici işlər nazirlərinin təmasları da onu göstərir ki, fikir ayrılıqlarının həlli üçün diplomatik yol aktivləşir və Azərbaycan hökuməti də bu yolu açıq saxlamalı olduğu qənaətinə gəlib.

“Bu tədbirlər İran və onun qonşuları arasında münasibətlərdə müsbət hal kimi qiymətləndirilməlidir və ümid edirik ki, bu təmaslar Azərbaycanın İranda səfirliyinin öz işini bərpa etməsinə səbəb olacaq”, - deyə Pakayin vurğulayıb.

Sabiq diplomat onu da qeyd edib ki, İran rəsmilərinin Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışıqları Cənubi Qafqaz regionunun hazırkı vəziyyətində önəmlidir və İslam Respublikası qonşularının ərazi bütövlüyünü dəstəkləyir. Bu gedişlə Dağlıq Qarabağın hər bir rayonu Azərbaycan Respublikasına qayıdacaq və Bakı erməni vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını təmin edəcək. Eyni zamanda, Ermənistanın Sünik vilayətindən keçməklə Naxçıvana gedən yol bu ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində açıla bilər. Bu tendensiyalar onu göstərir ki, İran İslam Respublikası beynəlxalq standartlar çərçivəsində dinc danışıqları dəstəkləyir.

342/