Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
cümə axşamı

29 iyun 2023

15:18:21
1376091

Putin: Rusiyada Qurana hörmətsizlik cinayət sayılır

“Biz Qurana və müsəlmanların dini hisslərinə hörmət edirik. Rusiyada Qurana hörmətsizlik cinayət sayılır”._deyə Rusiya prezidenti Vladimir Putin bildirib

Çərşənbə axşamı Dağıstan Respublikasının Dərbənd şəhərindəki Cümə məscidinə səfəri zamanı Putin deyib: “Rusiya Federasiyasının həm Konstitusiyasına, həm də Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən dinlərə hörmətsizlik və nifaq salmaq cinayətdir və biz həmişə qanunlara hörmətlə yanaşmışıq”.

Səfər zamanı Putinə Quran hədiyyə edilib və o, Quranı götürdükdən sonra deyib. “Rusiya Qurana və müsəlmanların dini hisslərinə böyük hörmətlə yanaşır və bu müqəddəs kitaba hörmətsizlik bizdə cinayət sayılır. Lakin bu, bütün ölkələrdə belə deyil”.

İsveçdə anti-islamçıların İslamın müqəddəs kitabı Qurani-Kərimin  bir nüsxəsini yandırdıqları aksiya bütün dünya müsəlmanlarını qəzəbləndirib.

Bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani cümə axşamı İsveçin anti-islamçılara Qurani-Kərimə təhqiri təkrarlamaq üçün verdiyi icazə və yaşıl işıqa cavab olaraq deyib: Xüsusilə İslam ümmətinin müqəddəs günləri və həmçinin milyonlarla müsəlmanın Ümumdünya Həcc Konqresinə toplaşması ilə eyni vaxtda səmavi müqəddəsliklərə qarşı Təhqirin təkrarlanması üçün zəmin yaratmaq təxribatçı, düşünülməmiş və qəbuledilməz bir hərəkətdir.

342/