Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

14 iyun 2023

12:50:00
1373070

Peyğəmbər (səlləllahu əleyhi və alih) və Onun pak Əhli Beytindən (əleyhimus səlam) buyurulan hədislərə əsasən, 12-ci İmam, Hz. Məhdi, Höccət bin Əl-Həsən (Allah Onun zühurunu tezləşdirsin) zühur etdikdən sonra bu Məscid xeyli genişlənəcək və Müsəlmanların Paytaxtına çevriləcəkdir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Kufə Əzəm Məscidinin ictimai kitabxanası onun bəzi xəzinələrini nümayiş etdirir.

Qeyd edək ki, Kufə Əzəm Məscidi İraqın Kufə şəhərində tikilmiş Şiə və sünni müsəlmanlarının hesab etdikləri dörd mühüm Məscidindən biridir. Bu Məscid Nəcəf Əşrəf şəhərindən 12 kilometr şimalda yerləşir.

Müsəlmanlar hesab edirlər ki, bu məscid ilk dəfə Adəm tərəfindən tikilib və Məscidül-Haramdan sonra dünyanın ən qədim Məscididir.

Hicri Qəməri tarixinin ilk onilliklərində bu Məscid Səd bin Əbi Vəqqas tərəfindən yenidən tikilmiş və sonra Əli İbn Əbi Talib tərəfindən xilafət üçün mühüm mərkəz hesab edilmişdir. Orada bəzi ağsaqqalların və din alimlərinin məzarları yerləşir. Şiə fiqhinə görə, insan müsafir olsalar belə Kufə Məscidində namazlarını tam sürətdə, sındırmadan qıla bilər.

Peyğəmbər (səlləllahu əleyhi və alih) və Onun pak Əhli Beytindən (əleyhimus səlam) buyurulan hədislərə əsasən, 12-ci İmam, Hz. Məhdi, Höccət bin Əl-Həsən (Allah Onun zühurunu tezləşdirsin) zühur etdikdən sonra bu Məscid xeyli genişlənəcək və Müsəlmanların Paytaxtına çevriləcəkdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!