Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SəhərAzəri
çərşənbə axşamı

13 iyun 2023

19:30:00
1372819

Əliyev sülalə rejim və Türkiyə prezidentləri Bakıda görüşüblər; Ərdoğan Şuşada konsulluğun açılmasına təkid edib

Ərdoğan: "Əgər baş konsulluğumuz bu şəhərdə açılarsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq".

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diktator İlham Əliyevlə görüşündə Türkiyənin Şuşa şəhərində konsulluğunun açılmasına təkid edib.

"İRNA"nın məlumatına görə, Ərdoğan bu görüşdə Türkiyənin lazım gəldikdə Şuşa şəhərində konsulluğunu açmağa hazır olduğunu bildirib və əlavə edib: "Əgər baş konsulluğumuz bu şəhərdə açılarsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq".

Ərdoğan, həmçinin Xəzər dənizinə bitişik orta dəhlizin aktivləşdirilməsinə və Bakı-Tbilisi-Qars əlaqə marşrutundan maksimum istifadəyə çağırıb və deyib: "Bu marşrutun bizə böyük faydası olacaq və bu səbəbdən də iki ölkə arasında dəmir yolu əlaqəsi ən qısa zamanda genişləndirilməlidir".

Əliyevlər sülalə rejiminin prezidenti də bu görüşdə bir daha ikinci Qarabağ müharibəsi zamanı  Ərdoğanın və Türkiyənin əliyevlər sülalə rejiminə verdiyi dəstəyi yüksək qiymətləndirib və əlavə edib: "Bugünkü danışıqlarda xüsusilə də xarici və regional siyasətdə gələcək iş birliyi proqramlarımızı müzakirə etdik".

Əliyev Zəngəzur dəhlizinin açılmasını qaçılmaz adlandıraraq, Türkiyə- Azərbaycan birliyini hər iki tərəf, bölgə və türk dünyası üçün önəmli hesab edib və deyib: "Əminəm ki, bu birlik gələcək illərdə daha da inkişaf edəcək".

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!