Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

12 iyun 2023

20:27:03
1372660

Nüvə gücləri geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndirir

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yeni hesabatını yayıb. Dünya üzrə nüvə gücləri geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndiriblər.

Bildirilib ki, qeyri-rəsmi nüvə klubunun üzvləri  yəni Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və sionist İsrail rejimi birlikdə 12 512 nüvə silahına sahibdir. Onlardan iki minə yaxını daimi döyüş hazırlığındadır.

Hazırda 1770 döyüş başlığı olan ABŞ nüvə silahı yerləşdirən ölkələr arasında lider olmaqda davam edir. İkinci yerdə 1674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerdə Fransa 280 döyüş başlığı ilə və Britaniya 120 döyüş başlığı ilə qərarlaşıb.

Çində isə əhəmiyyətli artım mövcuddur. Belə ki, 2022-ci ildəki arsenal 350-dən 410 döyüş başlığına qədər artıb. Oxşar vəziyyət Britaniya, Pakistan və Hindistanda da müşahidə olunub.

Yeri gəlmişkən bildirək ki, İsrail rejimi 200-dən nüvə başlığına malik olmaqla Yaxın Şərq region üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

342/