Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi Sahar TV-ə istinadla
bazar ertəsi

12 iyun 2023

16:30:00
1372504

İmam Xamenei: Əgər nüvə silahı istehsalı əzmkarlığımız olsaydı, bu işi görmüş olardıq, düşmənlər də qarşımızı ala bilməzdilər.”

Həzrət Ayətullahul-uzma Xamenei: “...Düşmənlər, digər xalqların İran xalqının tərəqqipərvər təfəkkürü və yolundan özlərinə nümunə götürmələrindən qorxurlar...”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Ayətullahul-uzma Xamenei ötən gün nüvə sənayesi üzrə məsul şəxslər, ekspertlər və elm adamları ilə görüşdə nüvə irəliləyişlərinin təsirinin xalqın yaşayışında duyulması üzrə hərtərəfli səyə təkid edərək bildiriblər: “Son dərəcə mühüm olan nüvə sənayesinin yerliləşməsi, ölkədə ümid və əmək əhval-ruhiyyəsini zəiflətmək və xalqı təhqir etmək niyyətində olan qərbpərəstlərin təhqir olunmaları və Qərbin uğursuzluğunu göstərir.”

Qərbin «İranda nüvə silahının istehsalından qorxu» barədəki iddiasını yalan adlandıran İnqilab Rəhbəri əlavə ediblər: “Onların özləri bilirlər ki, biz nüvə silahı ardınca deyilik. Necə ki, Amerikanın kəşfiyyat təşkilatı bir neçə dəfə, o sıradan son aylarda bu gerçəkiliyə etiraf edibdir ki, İranın nüvə silahı düzəltməyə doğru hərəkəti barədə heç bir  əlamət yoxdur.”

Həzrət Ayətullahul-uzma Xamenei istər nüvə, istərsə də kimyəvi olsun kütləvi qırğın silahlarının istehsalını İslam dininə zidd adlandırıb və vurğulayıblar: “Əgər bu islami əsas olmasaydı və bizim nüvə silahı istehsalı əzmkarlığımız olsaydı, bu işi görmüş olardıq və düşmənlər də bilirlər ki, bizim qarşımızı ala bilməzdilər.”

İslam İnqilabının Böyük Rəhbəri «İran xalqının inkişafı ilə müxalifət»i düşmənlərin nüvə sənayesinə ilişmələrinin əsl səbəbi adlandırıb və deyiblər: “Bu sənaye, ölkənin və xalqın müxtəlif sahələrdəki diqqətəlayiq irəliləyişlərinin açarıdır. Eyni zamanda, düşmənlər, digər xalqların İran xalqının tərəqqipərvər təfəkkürü və yolundan özlərinə nümunə götürmələrindən qorxurlar.”

İmam Xameneyi həzrətləri sonra deyiblər: “Nüvə tərəfləri və agentliyi bu illər ərzində çox vədlər verdilər ki, heç biri həyata keçmədi. Biz kimlərə və haralara etimad edib-etməməli olduğumuzu başa düşdük. Bu məsələ, bir xalq üçün olduqca mühümdür. Eyni zamanda, bu məsələyə diqqətsizliyə görə, çox yerlərdə zərbə almışıq.

Həzrət Ayətullahul-uzma Xamenei dünyada rəvac tapmış aşağı həcmli elektrik stansiyalarının yaradılması üzərində işi zəruri adlandırıb və qeyd ediblər ki, ölkə müxtəlif sektorlarda bu kimi elektrik stansiyalarına ehtiyac duyur.

Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri İran Atom Enerjisi Təşkilatının qarşı tərəflərin zorakı tələbləri və gerçəklikdənuzaq iddialarını qəbul etməməsinə təkid edərək vurğulayıblar: “Nə zorakı tələbləri qəbul edin, nə də ki, «filan vaxt, filan işi görüblər» kimi gerçəklikdənuzaq vaxtaşırı iddiaları.”

Qeyd edək ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-uzma Xamenei ötən gün səhər İmam Xomeyni (rizvanullahi təala əleyh) adına hüseyniyyədə saat yarım müddətinə ölkənin nüvə sənayesinin nailiyyətləri sərgisini də nəzərdən keçiriblər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!