Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi Sahar TV-ə istinadla
bazar ertəsi

12 iyun 2023

16:11:00
1372502

İraqın sünni alimlərinin rəhbəri İrana minnətdarlığını bildiridi, İŞİD-lə mübarizədə yalnız İran bizə kömək oldu!

Şeyx Xalid əl-Moola: “Dünya ictimaiyyəti İraqı tənha qoyduğu halda İran İslam Respublikası harayımıza çataraq, İŞİD-ə qarşı mübarizədə bizə silah-sürsat verdi...”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Xalid əl-Moola, İraq sünni alimlərinin rəhbəri çıxışında deyib ki, "İraq gəncləri İŞİD-ə qarşı ayağa qalxdığı və Əl-Həşd əş-Şəbinin qurulduğu bir şəraitdə beynəlxalq ictimaiyyət bütün qapıları İraqa bağladı.

Belə bir vəziyyətdə İran İslam Respublikası İraqa dəstək durdu, bizə sursat və silahlar verdi.

O daha sonra bildirib ki, bəzilərinin İŞİD-ə qarşı mübarizədə yalnız iraqlıların ayağa qalxdığını deməsi məni təəccübləndirir. Bütün ölkələr İraqa qapılarını bağlayanda İran İraq xalqına yardım qapılarını açdı və İranın hərbi məsləhətçiləri İŞİD terror qruplaşması üzərində qələbə əzmini bizə yaşatdılar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!