Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

12 iyun 2023

15:30:00
1372498

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Səudiyyə rejimində Şiə vətəndaşlarının edam edilmələri ilə bağlı bəyanatı

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası dünya ictimaiyyəti, ərəb və islam ölkələrindən, Səudiyyə Ərəbistanı krallığının dostlarından bu mövzuda qardaşlıq və dostluq borcunu yerinə yetirmələrini və İslamın böyük mənafelərinə, birlik, qardaşlıq prinsiplərinə uyğun olaraq, millətlərin və regionun taleyi üçün hərəkət etmələrini xahiş edir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ümümdünya Əhli-Beyt (ə) Assambleyası Səudiyyə rejimi tərəfindən Şiə fəallarının ardı kəsilmədən edam etməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatın mətni belədir:

Rəhman və Rəhimli Allahın Adı ilə

«إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا»

(Həqiqətən, Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağı və insanlar arasında hökmdar olduqda ədalətlə hökm verməyi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.) - Nisa sürəsi, Ayə 58.

Təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı Krallığında məhbusların edam edilməsi halları, xüsusən də Əhli-beyt məktəbinin davamçıları arasında davam edir ki, bu da onların yaralarını daha da dərinləşdirir və məhbusların, təqsirləndirilənlərin və məhkumların hüquqlarına hörmətsizliklə bağlı təhlükəli presedent yaradır.

Ümümdünya Əhli-Beyt (ə) Assambleyası mərhumların ailələrinə başsağlığı verərək, bütün vətəndaşların hüquqlarının qorunmasına, onların hüquqi və insani azadlıqlarının verilməsinə; o cümlədən etiqad azadlığını, hər bir vətəndaşa öz inandığı dininə və məzhəbinə əsaslanan Dini və İlahi Qaydalara riayət etmək, ayinlərinin, ibadətlərinin və mərasimlərinin yerinə yetirilməsi üçün onlara şəraitin yaradılmasına çağırır.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası, məhbusların ədalətli mühakimə olunmasını, hüquqlarının təmin edilməsini, onları təzyiq altında qoyulmamasını, vəkilin ədalətli hüququnun verilməsini, cinayətə uyğun cəzaların verilməsini (əgər müttəhimlər həqiqətən cinayət törədiblərsə) və özbaşına hökmlərin çıxarılmamasını tələb edir.

İslam ümmətinin vəhdətinin qorunub saxlanması, tərəqqi və rifaha nail olmaqla, onun izzətinin yenidən qaytarılmasının qayğısına qalanlar, bu yalnış əməllərin müsəlmanların qibləsinin yerləşdiyi, İlahi Vəhyin nazil olduğu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs məqbərəsinin qərar tapdığı mövqeyinə zidd olduğu qənaətindədirlər. Və bu, Səudiyyə Ərəbistanı Krallığının təşviq etdiyi, barışıq, sabitlik və ölkənin imicinin yaxşılaşdırılması üçün tələb olunan inkişaf prosesinə nail olmaq səyləri ilə uyğun gəlmir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası dünya ictimaiyyəti, ərəb və islam ölkələrindən, Səudiyyə Ərəbistanı krallığının dostlarından bu mövzuda qardaşlıq və dostluq borcunu yerinə yetirmələrini və İslamın böyük mənafelərinə, birlik, qardaşlıq prinsiplərinə uyğun olaraq, millətlərin və regionun taleyi üçün hərəkət etmələrini xahiş edir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası təcili olaraq Şərafətli Məkkə və Mədinə hərəmlərinin məmurlarından ölüm hökmlərinin icrasını dayandırmağı xahiş edərək, əsas hüquq və azadlıqları qoruyub saxlayacaq, dünya və axirətdə səadət və qələbəni təmin edəcək şəkildə hərəkət etməklərini təvəqqe edir.

 

 

Ümümdünya Əhli-Beyt (ə) Assambleyası

16 Zil-Qaidə əl-Həram 1444-cü il

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!