Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

12 iyun 2023

14:30:00
1372491

Vəhhabi əqidəli Səudiyyə sülalə rejimində daha 3 Şiə edam edilib

Səudiyyə sülalə rejiminin Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, bazar günü bu ölkənin 3 vətəndaşı təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət göstərmək və terrorizmi maliyyələşdirmək məqsədi ilə terror qruplaşması yaratmaq kimi ittihamlar ilə həbs edilərək edam ediliblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ərəbistan yerli xəbər mənbələri daha üç Şiənin səudiyyə sülalə rejimi tərəfindən edam edildiyini bildirib.

Səudiyyə sülalə rejiminin Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, bazar günü bu ölkənin 3 vətəndaşı təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət göstərmək və terrorizmi maliyyələşdirmək məqsədi ilə terror qruplaşması yaratmaq kimi ittihamlar ilə həbs edilərək edam ediliblər.

Səudiyyə rejim DİN-in verdiyi bəyanatda, edam olunan bu üç nəfərin adı açıqlanıb: 1- Əbdül Malik bin Fəhd bin Əbdül Rəhman Əl Baadi, 2- Məhəmməd bin Xalid bin Səud Əl Useymi 3- Məhəmməd bin Əbdül Rəhman bin Tavirəş Əl Tavirəş.

Vəhhabi əqidəli Səudiyyə sülalə rejiminin iddiasına görə, edam olunan bu üç şəxslər də digər edam olunan Şiə cavanları kimi silah, sursat daşımaqda, terror təşkilatının liderinə beyət etməkdə və Səudiyyə sülalə rejiminin təhlükəsizlik zabitini öldürüb yandırmaq kimi qondarma ittihamlar ilə günahlandırılıblar.

Xatırladaq ki, ötən həftə Səudiyyə rejiminin Daxili İşlər Nazirliyi terrorçu qruplaşma üzvü olduqlarını iddia etdiyi üçün Qətifli 3 Şiə cavanın edam edildiyini açıqlamışdı.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!