Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : KİV
cümə axşamı

8 iyun 2023

12:25:00
1371824

ABŞ və Cənubi Koreya nüvə silahından istifadə üzrə təlimlər keçib

Bu barədə ABŞ müdafiə nazirinin Hindistan və Sakit okean bölgələrindəki təhlükəsizlik məsələləri üzrə köməkçisi İlay Retner bildirib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Amerika Birləşmiş Ştatları və Koreya nüvə silahlarının istifadəsi ssenarilərinin də daxil olduğu komanda-qərargah təlimləri keçirib.

Bu barədə ABŞ müdafiə nazirinin Hindistan və Sakit okean bölgələrindəki təhlükəsizlik məsələləri üzrə köməkçisi İlay Retner bildirib.

"Biz regionda qüvvə və vasitələri getdikcə gücləndiririk. Bu təlimlər bir il davam edəcək. Biz Cənubi Koreya və başqaları ilə misli görünməmiş komanda-qərargah təlimləri keçiririk. Nüvə silahından istifadə ssenarilərini nəzərdən keçirdik", - deyə Pentaqon nümayəndəsi bildirib.

Retnerin sözlərinə görə, ABŞ Asiya-Sakit Okean Regionunda nəzarət potensialını gücləndirməyə davam edəcək.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!