Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

8 iyun 2023

12:00:00
1371821

Bayden: "Qərb Ukraynanın əks-hücumunu hazırlamaq üçün mümkün olan hər şeyi edib"

Bayden: “ABŞ proseslərdən nikbindir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, dünyada müharibələrin əsas amili və mənşəyi olan, böyük şeytan ABŞ-ın Prezidenti Co Bayden Ağ Evdə “böyük” Britaniyanın Baş naziri Rişi Sunak ilə birgə mətbuat konfransında provaslav slavyan xalqlarının daha çox qırılıb məhv edilməsi məqsədi ilə bildirib:

“Qərb ölkələri Ukraynanın əks-hücumunun hazırlanması üçün əllərindən gələni etdilər.”

Bayden deyib ki, ABŞ proseslərdən nikbindir.

Müvazinəti tez-tez itirən amerika prezidenti Ukraynanın başladığı əks-hücum fonunda Kiyevə hərbi yardımın davam etdirilməsi ilə bağlı sualına cavab verərkən bir növ ABŞ-ı təmizə çıxartmaq məqsədi ilə belə deyib: "Birincisi, hərbi əməliyyatların gedişi barədə ukraynalılar danışmalıdırlar. Mən bunu danışa bilmərəm. Onları dəstəkləmək üçün ABŞ-da kollektiv və fərdi olaraq əlimizdən gələni etdik",- deyə

Onun sözlərinə görə, ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!