Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

8 iyun 2023

11:40:00
1371785

ABŞ İŞİD faktorunu yenidən dirçəldir. Bu dəfə Qafqaz və Mərkəzi Asiya regionlarında. Blinken: İraq və Suriyada qalan əcnəbi İŞİD-in vətənlərinə təhlükəsiz qayıtması təmin edilməlidir

Qeyd edək ki, ABŞ 50 mindən artıq İŞİD terrorçularını Ukraniyada Rusiyaya qarşı və Azərbaycan və Əfqanıstanda isə İran İslam Respublikasına qarşı vuruşdurmaqdan ötrü gətizdirilməsini planlaşdırır. Bu barədə Ukraniya faşist dövləti ilə qumarbaz İlham Əliyev hökümətləri həm hökümət səviyyəsində həm də ictimaiyyət arasında çox işlər görürlər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, ABŞ dövlət katibi Entoni Blinken demokratların, dəqiqliyi ilə desək Hilari Klinton və Barak Obamanın təsis etdikləri İŞİD terror qruolaşmasına yenidən zəhərli həyat verməyə çalışır.  

Bu barədə dövlət katibi Blinken sözdə “İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın” Səudiyyə Ərəbistanında keçirilən iclasında dolayısı ilə bildirib.

Blinken “İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın” İŞİD-in hədəfində olan ölkələrdə sabitliyi heç bir zaman təmin etmədiyinə etiraf edərək deyib:

"...Biz İŞİD-in hədəfində olan ölkələrdə sabitliyi təmin etmək məqsədimizə sadiq qalmalıyıq”.

Onun sözlərinə görə, İraq və Suriyada qalan əcnəbi İŞİD terrorçularının vətənlərinə Azərbaycan, Asiya və Avropa ölkələrinə təhlükəsiz qayıtması təmin edilməlidir: “Bu, regionda məcburi köçkün düşərgələrində sayının azaldılması üçün vacibdir".

Blinken, İŞİD terrorçuları və onların ailələrinin yerləşdiyi Suriyadakı ən böyük düşərgələrdən biri olan Əl Hol qaçqın düşərgəsinin sökülməsinə çağırıb. Həmin düşərgədə 50 000-dən çox insan var.

O, deyib:

"Biz İŞİD-in Əfqanıstanda fəaliyyətini bərpa etmək cəhdlərinin üzə çıxmasını izləyirik".

Qeyd edək ki, ABŞ 50 mindən artıq İŞİD terrorçularını Ukraniyada Rusiyaya qarşı və Azərbaycan və Əfqanıstanda isə İran İslam Respublikasına qarşı vuruşdurmaqdan ötrü gətizdirilməsini planlaşdırır. Bu barədə Ukraniya faşist dövləti ilə qumarbaz İlham Əliyev hökümətləri həm hökümət səviyyəsində həm də ictimaiyyət arasında çox işlər görürlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!