Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

7 iyun 2023

18:50:00
1371693

Səudiyyə sülalə rejimi daha 3 Şiə gənci edam etdi

Səud sülalə rejimi edam edilən gənclərin ailələrini hədələyib ki, övladlarından danışsalar və ya cəsədlərinin qaytarılmasını tələb etsələr, həbs olunacaqlar.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ərəbistanın şərqində yerləşən, Şiələrin kompakt yaşadıqları Qətif şəhərindən olan növbəti üç gənc vəhhabi əqidəli Səudiyyə sülalə rejimi tərəfindən edam edilib.

Səud sülalə rejimi Hüseyn bin Əli bin Məhəmməd Əl-Muhişi, Fəzli bin Zəki bin Hüseyn Ənsif və Zəkəriyyə bin Həsən bin Məhəmməd Əl-Muhişi adlı üç Şiə gənci saxta ittihamlarla edama məhkum etmişdir.

Dəqiq məlumatlara əsasən, Səud sülalə rejimi edam edilən gənclərin ailələrini hədələyib ki, övladlarından danışsalar və ya cəsədlərinin qaytarılmasını tələb etsələr, həbs olunacaqlar.

Bu üç Qətifli Şiə gəncin edam edilməsi ilə son iki həftədə Səudiyyə rejimi tərəfindən edam edilən Şiə gənclərin sayı yeddi nəfərə çatıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!