Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

7 iyun 2023

16:40:00
1371678

İngilislərin qəssabxanaya çevirdikləri Misirin ən qədim Məscidi olan Bəybəras Məscidi yenidən fəaliyyətinə başladı – Foto

Bəybəras Məscidi, Zahir Bəybəras Məscidi Qahirədə Məmlük sülaləsinin dördüncü sultanı Əl-Zaheir Bəybəras tərəfindən Hicri Qəməri tarixi ilə 665-ci və miladi tarixi ilə 1266-cı ildə tikilmiş və tarix boyu istifadəsində dəfələrlə dəyişdirmələr aparılmış ən qədim Məscidlərdən biridir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Misir Vəqflər Nazirliyi Misirin üçüncü ən böyük Məscidi və Qahirədə İslam Mədəniyyəti Mərkəzi olan Zahir Bəybəras Məscidinin açılışını edib.

Bu məscid Misirin ən böyük məscidlərindən biridir, lakin iki əsrdən çox əvvəl ingilis işğalçıları tərəfindən dağıdılmışdır.

Bəybəras Məscidi, Zahir Bəybəras Məscidi Qahirədə Məmlük sülaləsinin dördüncü sultanı Əl-Zaheir Bəybəras tərəfindən Hicri Qəməri tarixi ilə 665-ci və miladi tarixi ilə 1266-cı ildə tikilmiş və tarix boyu istifadəsində dəfələrlə dəyişdirmələr aparılmış ən qədim Məscidlərdən biridir.

Sultan Əl-Zahir Bəybəras bu Məscidin tikmək fikrini eramızın 665-ci ildə özünün Kürə stadionunun sahəsində tapmışdır.

Məscidin tikintisi 667-ci ildə başa çatmışdır. Fransızların Misiri işğal etdikləri dövrdə Məscid katoliklərin qalasına çevrilmişdir.

Məhəmməd Əli dövründə Seneqal Tekronis düşərgəsinə; sonra sabun zavoduna; İngiltərənin işğal etdiyi dövürdə isə ingilislər Məscidi qəssabxanaya çevirmişlər, 1893-cü ilə qədər Qədim Ərəb Abidələrinin Qorunması Komissiyası bu məscidi bərpa etmiş və istifadəyə vermişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!