Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

2 iyun 2023

21:26:24
1370738

Kəndlərin qaytarılması problem yaratmayacaq

Ermənistan baş naziri kəndlərin qaytarılmasının Ermənistan yollarına problem yaratmayacağını deyib.

Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid kəndlərin qaytarılması ilə Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşacağı haqda sualı cavablandırarkən deyib.

“İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil. Ancaq Azərbaycanın, məsələn, Başkəndi qaytarıb, Kərkini almaq istədiyi haqda da fakt yoxdur”, - o bildirib.

Paşinyan deyib ki, hətta belə olsa da, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem yaratmayacaq:

“Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”.

Baş nazirin sözlərinə görə, Ermənistan yol şəbəkəsini elə inkişaf etdirir ki, belə problemlər yaranmasın.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan öncə Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirmişdi. Bu bəyanat Ermənistanın daxili yollarında bu ölkənin İran və Gürcüstanla nəqliyyatına problem yaradacağı barədə nigaranlıqlara səbəb olmuşdur.  

342/