Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

2 iyun 2023

17:20:00
1370592

Şərqi Azərbaycanda Mərənd şəhərinin tarixi kompleks Məscidi – Foto

Məscidin mehrabı üzərindəki kitabəyə görə bu bina hicri 731-ci ildə Əbu Səid Bahadur xanın dövründə tikilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Mərənd Came Məscidi Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərinin mərkəzində yerləşir. Məscidin mehrabı üzərindəki kitabəyə görə bu bina hicri 731-ci ildə Əbu Səid Bahadur xanın dövründə tikilib.

Mehrab məscidin cənub hissəsində yerləşir və kufi xətti ilə Quran ayələri və orijinal suvaq işləri ilə bəzədilib.

Bu gün Məscidin döşəməsi bitişik küçənin səviyyəsindən üç pillə aşağıdadır və 12 metr uzunluğunda üç günbəz tağlı dəhlizlərdəki şəbistanların girişini birləşdirir. Bu dəhlizin sol tərəfində alçaq günbəzli cənub şəbistanı yerləşir.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!