Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

1 iyun 2023

15:30:00
1370483

İmam Xamenei Qurbanqulu Bərdiməhəmmədov ilə keçirdiyi görüşündə: İran və Türkmənistan iki qohum ölkədir

İmam Xamenei həzrətləri, Türkmənistan Xalq Məsləhət Şurasının rəhbərinin İran və Türkmənistan sərhədi yaxınlığından Kaspi dənizinə qədər avtomobil yolunun tikintisi üçün iranlı mütəxəssis və ekspertlərin iştirakı ilə bağlı müraciətinə toxunaraq əlavə ediblər: “İran, qlobal iqtisadiyyatda quru və dəmir yolu kommunikasiyalarının mühüm mövqeyini nəzərə alaraq, Türkmənistanı və onun ətrafındakı ölkələri Oman dənizinə birləşdirə biləcək şimaldan cənuba tranzit marşrutunu tamamlamaq əzmindədir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Uzma Seyyid Əli Xamenei Hüseyni cənabları bu gün axşam 17:00 radələrində Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Bərdiməhəmmədov ilə keçirdiyi görüşündə İran İslam Respublikası və Türkmənistanı qohum adlandırıb və hər iki dövlətlərin bir çox mədəni ortaqlıqlara malik olduğunu bildirərək vurğulayıb:

 “Bu mədəni ümumiliklər müxtəlif sektorlarda, xüsusilə enerji və yol sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün mühüm əsasdır.”

Ümüdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei iki ölkənin Ətrak-Suləha və Ceyhun-Amudərya çayları arasında yüzlərlə məşhur alim və şəxsiyyətin yetişdiyinə, eləcə də İranda məşhur türkmən şairi Məxtumquli Fərağinin məqbərəsinin yerləşdiyinə toxunaraq əlavə edib:

 “Bu mədəniyyət sahələrini qiymətləndirməmək olmaz.”

Həzrət Ayətullah Xamenei Türkmənistan Xalq Məsləhət Şurası sədrinin mədəniyyət və dini məsələlərə xüsusi diqqət yetirməsini, mədəniyyət ocaqlarının və məscidlərin genişləndirilməsi istiqamətindəki səylərini yüksək qiymətləndirərək bildiriblər:

  “Kommersiya məsələləri sahəsində, xüsusilə yol sektoru və su, elektrik və qazla bağlı sahələrdə əməkdaşlığı genişləndirmək üçün daha çox imkanlar mövcuddur və İran İslam Respublikası bu sektorlarda əməkdaşlığa hazırdır.”

İmam Xamenei həzrətləri, Türkmənistan Xalq Məsləhət Şurasının rəhbərinin İran və Türkmənistan sərhədi yaxınlığından Kaspi dənizinə qədər avtomobil yolunun tikintisi üçün iranlı mütəxəssis və ekspertlərin iştirakı ilə bağlı müraciətinə toxunaraq əlavə ediblər:

  “İranın Yollar Nazirliyi bu magistral yolu tikmək imkanına malikdir, qlobal iqtisadiyyatda quru və dəmir yolu kommunikasiyalarının mühüm mövqeyini nəzərə alaraq, biz Türkmənistanı və onun ətrafındakı ölkələri Oman dənizinə birləşdirə biləcək şimaldan cənuba tranzit marşrutunu tamamlamaq əzmindəyik.”

İslam İnqilabının Rəhbəri əlaqələrin genişləndirilməsini iki ölkənin xeyrinə hesab edib və əlaqələrin gələcəyinə nikbin baxıb və vurğulayıblar:

  “İran İslam Respublikası ilə Türkmənistan arasında daha çox əməkdaşlıq iki ölkənin yeni dünya düzənində mövqelərinin yaxşılaşdırılması üçün zəmin yaradacaq.”

Məsləhət Şurasının rəhbəri Ayətullah Amoli Laricaninin iştirak etdiyi bu iclasda Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Bərdiməhəmmədov İslam İnqilabının Rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edərək deyib:

  “Ötən illərdə və prezident olduğum müddətdə İrana səfərlərim zamanı həmişə əlahəzrətinizin fikir və tövsiyələrindən istifadə etmişəm və həmin tövsiyələr əsasında mühüm işlər görülmüşdür. Və bu görüşdə də mən Türkmənistanda böyük layihələrin həyata keçirilməsi üçün yeni tövsiyələrinizdən faydalanmaq niyyətindəyəm.”

Cənab Qurbanqulu Bərdiməhəmmədov, İran İslam Respublikasının rəsmiləri ilə apardığı danışıqlara toxunaraq əlavə edib:

  “Bu danışıqlarda əməkdaşlığın genişləndirilməsi, xüsusən də yol tikintisi və su, elektrik və qaz yataqlarında iranlı mütəxəssis və ekspertlərdən istifadə olunması üçün yaxşı razılaşmalar əldə edildi.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!