Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

1 iyun 2023

15:47:23
1370457

Ani Badalian: Amerika Əliyevin ekspansionist siyasətinin qarşısını almalıdır

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin sözçünün Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarla bağlı açıqlamasına cavab verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalian mayın 31-də verdiyi açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində həm Alma-Ata Bəyannaməsinə əsaslanan bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, həm də Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsi əsasdır.

Erməni rəsmi qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması Dağlıq Qarabağ xalqına qarşı etnik təmizləmə və özbaşınalıq aparmaq səlahiyyəti kimi şərh edilə bilməz. Azərbaycan prezidentinin mayın 28-də verdiyi bəyanatlar problemlərin ləyaqətli həlli yollarını təklif etmir, həm də Ermənistan Respublikasının suverenliyinə və müstəqilliyinə, hüquq və azadlıqlarına açıq təhdidlər ehtiva edir.

342/