Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

31 may 2023

05:30:00
1369926

Əl-Əzhər Universitetinin Şeyxi sionist rejimi tənqid etdi

Əl-Əzhər Şeyxi elan etdi ki, bu təşkilat sionistlərin hər cür ambisiyalarını rədd edir və sionistlərin Qüdsün və Məscidül Əqsanın istifadəsi ilə bağlı zaman və məkan bölgüsü əslində reallığı dəyişməkdir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib, Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Aştiyənin qəbulu zamanı deyib:

“Məscidül Əqsa hərəmi tamamilə islami bir mühitdir və biz heç bir zaman və məkan bölgüsünü qəbul etmirik və bu mənasız bölgü haqqında danışmaq sionistlərin faktları saxtalaşdıran, hüquqları və əraziləri qəsb edən və Qüdsün tarixi reallığını və onun İslam və Xristian simvollarını dəyişdirmək cəhdidir.”

Əl-Tayyib dünya və ərəblərin Fələstin məsələsi ilə bağlı susqunluğundan təəssüfləndiyini bildirib və qeyd edib ki, vicdanların oyanması və cinayətkar sionist rejimlə üzləşmənin vaxtı çatıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!