Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

29 may 2023

17:20:00
1369697

Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının təşkilatçılığı ilə;

Gürcüstanın “Marneoli” şəhərində qız uşaqlarının Həddi Buluğ yaşına çatması münasibəti ilə şənlik bayramı - Foto

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası və Həzrət Zeynəb (s) adına Dini, Mədəniyyət və Maarif Təşkilatçılığının iştirakçılıığı ilə Gürcüstanın “Marneoli” şəhərindəki Əhli-Beyt (ə) adına Hüseyniyyəsində 40 yeniyetmə gürcü qız uşağı üçün bayram mərasimi keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının səyləri ilə ondan çox xarici ölkədə Kəramət Ongünlüyündə yeniyetmə qız uşaqları üçün Həddi Buluğ bayramı qeyd olunub. Bu mərasimlərin əvvəlində Ümumdünya Əhli Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazaninin videomüraciəti yayımlanıb.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası və Marneoli Əhli-Beyt (ə) Assambleyasına bağlı Həzrət Zeynəb (ə) adına Dini, Mədəniyyət və Maarif Təşkilatının səyləri ilə xanım Esmira Nəsibova Həzrəti Fatimə Məsumənin (ə) mövludunun ildönümündə Marneoli şəhərinin Əhli-Beyt (ə) adına Hüseyniyyəsində 40 yeniyetmə gürcü qız uşaqlarının Həddi Buluğ yaşına çatmaları münasibəti ilə bayram mərasimi keçirib.

Mərasimdə Qurani Kərimin tilavətindən sonra Elmi Hövzə müəlliməsi xanım Hafizə Hüseynova Həzrət Məsumənin (səlamullahi əleyha) fəzilətləri barədə danışmış və qızlar üçün dini və şəriət hökmlərdən bəhs etmişdir.

Həmçinin mərasimdə Əhli-Beyt (ə) Kəriməsi olan həzrəti Fatiməi Məsumənin mövludu münasibəti ilə kliplər səsləndirilib.

Sonda yenicə Həddi Buluğa çatmış qız uşaqları cənab Haqverdinin imamlığı ilə günorta camaat namazı qılıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!