Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

28 may 2023

21:51:55
1369457

Kişinyovda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər

Azərbaycan Respublikasının Parisdəki səfiri bildirib ki, Kişinyovda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Frans-Press Xəbər Agentliyi səfir Leyla Abdullayevata istinadən yazır ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilərlər.

“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmaması lazım olan tarixi məqamdır”, - deyə Leyla Abdullayeva bildirib.

Nəşrin diplomatik mənbələrindən verilən məlumata görə, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə yüksək səviyyəli danışıqlar aparacaqlar.

İddia olunur ki, cümə axşamı Kremldə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli danışıqları sülh razılaşmasına gətirib çıxarmayıb. Yalnız gələn həftə yeni üçtərəfli danışıqlarla bağlı razılığa gəlmək mümkün olub.

Müstəqil politoloqlar isə bu qənaətdədirlər ki, Rusiyanın nəzarətindən kənar hansısa sülh müqaviləsinin imzalanması mümkün deyil.

342/