Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

27 may 2023

20:57:17
1369157

ABŞ dəniz qoşunlarının infrastrukturları sındırılıb

İran Xarici İşlər Naziliyinin sözçüsü deyib: Regiona silah ixracatçılarının önündə gedən dövlətlər bu gün İranın müdafiə qüdrəti və irəliləyişindən nigarançılıq ifadə edirlər.

 «Xürrəmşəhr-dörd», başqa sözlə, «Xeybər» raketinin təqdimatından sonra Amerika və Fransa iddia etdilər ki, sözügedən raketin İran tərəfindən sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur.


İran Xarici İşlər Naziliyinin mətbuat katibi Nasir Kənani bu gün bir tvittdə yazıb: Səddamın bəəs rejimini İrana hərbi təcavüzə, həmçinin İranın müdafiəsiz xalqı və şəhərləri üzərinə raket yağdırmağa təhrik edib, silahlandırmaqda mühüm rol oynayan və regiona silah ixracatçılarının önündə gedən Amerika və Fransa xüsusiyyət təşkil etməklə məhz Qərb dövlətləri bu gün İranın müdafiə qüdrəti və irəliləyişindən nigarançılıq ifadə edirlər. Onlar güclü İrana qarşıdırlar.

342/