Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

24 may 2023

12:30:00
1368447

Sergey Şoyqu Belqorod vilayətində Kiyev diversantların hücumunu terror aktı adlandırdı – Video

Şoyqu həmçinin millətçi terrorçulardan 70 ünsürünün Belqorad ərazisində məhv edildiyini və NATO zirehli maşınlarının dağıdıldığını bəyan edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Sergey Şoyqu Belqorod vilayətində diversantların hücumunu terror aktı adlandırıb.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu cür hərəkətlərə “tez və son dərəcə sərt” cavab verəcək.

“Terrorla Mübarizə Əməliyyatı Rejimi (KTO)  zamanı ukraniyalı millətçi birləşmələr hava zərbələri və artilleriya atəşi və bölmələrin aktiv əməliyyatları ilə bloklanaraq məğlub ediliblər.

Millətçilərin qalıqları Ukrayna ərazisinə geri çəkilməyə məcbur etdirilib və orada millətçilər tamamilə məhv edilənə qədər onlara atəş açımı davam etdirilib”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Şoyqu həmçinin millətçi terrorçulardan 70 ünsürünün Belqorad ərazisində məhv edildiyini və NATO zirehli maşınlarının dağıdıldığını bəyan edib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!