Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 may 2023

20:53:09
1368228

Avropa İttifaqı: “Meta” -nın cəriməsi digər informasiya şirkətlərinə dərs olacaq

Avropa İttifaqının məlumatların mühafizəsi rəhbəri çıxışında bildirib ki, " "Meta" - nın qanun pozuntusu geniş şəkilləndiyinə görə tətbiq edilən cərimələr o qədər yüksək olmalıdır ki, bu sahədə fəaliyyət göstərən şirkətlər də oxşar addım atdıqda bu onlar üçün daha pis nəticələrə səbəb olacağını anlamalıdır.

Xatırladaq ki, dünən, Avropa requlatoru Facebook və Instagram-ın sahibi Meta şirkətinin məlumatları Avropadan ABŞ-a qanunsuz ötürdüyünə görə 1,3 milyard dollar cərimələndiyi açıqlanıb.


Qeyd edək ki, bu, Avropa İttifaqının texnologiya şirkətlərinə tətbiq etdiyi ən ağır cərimədir və bundan öncə ən yüksək cərimə Amazon üçün 887 milyon dollar məbləğində tətbiq edilmişdi.

342/