Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 may 2023

20:51:08
1368225

İkinci turda o, Ərdoğanı dəstəkləyəcək

Türkiyədə “Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.

S.Oğan “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasından, hazırkı dövlət başçısı Rəcəb Təyyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

O, tərəfdarlarını mayın 28-də seçkilərin 2-ci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırıb.

Bu arada Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanın onu ikinci turda dəstəkləcəyinə dair açıqlamasına münasibət bildirib.

O, S.Oğanın və millətin dəstəyi ilə ikinci turu qazanacağına inandığını vurğulıayıb.

342/