Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

23 may 2023

08:10:00
1367983

Səudiyyə rejiminin cinayətinin sonu yoxdur; Qətifdə 9-u uşaq olmaqla 63 məhbusun qılınca boynu vurulaq edam edildi

22 may 2023-cü il tarixində Səudiyyə Ərəbistanının Ölüm Nazirliyi terror təşkilatlarında xidmət etmək məqsədi ilə krallıq hüdudlarından kənarda yerləşən düşərgəyə qatılaraq Səud krallığına qarşı olan üç Qətiflinin edam edildiyini təsdiqləyən bir bəyanat verdi.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Səudiyyə rejimində Şiəfobiya səngimir. Səud sülaləsinin Quran və Əhli Beyt (əleyhimus səlam) Məktəbinin davamçılarına qarşı edamlar davam etməkdədir.

“Əl-Cəzirə”nin internet saytının verdiyi məlumatda bu barədə belə deyilir:

“Səudiyyə rejimi açıq şəkildə bəyan edib ki, vicdan məhbuslarının edam siyasəti ilə xarici razılaşmalar və regionda gərginliyin azaldılması yolları arasında atılan addımlarla heç bir əlaqə yoxdur. Qətif və Əhsa camaatı öz ləyaqət, şərəf və qanuni insan haqlarının müdafiəsinin bədəlini belə ödəməyə davam edir.”

22 may 2023-cü il tarixində Səudiyyə Ərəbistanının Ölüm Nazirliyi terror təşkilatlarında xidmət etmək məqsədi ilə krallıq hüdudlarından kənarda yerləşən düşərgəyə qatılaraq Səud krallığına qarşı olan üç Qətiflinin edam edildiyini təsdiqləyən bir bəyanat verdi.

Bu bəyanata görə, qeyd olunan edam hökmü Həsən İsa Ali Məhna, Heydər Həsən Məvis və Muhəmməd İbrahim Məvis-ə qarşı icra edilib.

Bu barədə Səudiyyə Ərəbistanının Avropa İnsan Haqları Təşkilatı məlumat yayaraq bildirib ki, Səudiyyə höküməti onların həbsi və ya axtarışda olub-olmaması ilə bağlı heç bir rəsmi xəbər yaymadığından bu üç nəfər məhkəmə proseslərində nəzarətə götürülməyib.

Təşkilat həmçinin bəyan edib ki, qeyd olunan edamlar Səudiyyə Ərəbistanının ən ağır cinayətlərə görə cəzanın məhdudlaşdırılması ilə bağlı beynəlxalq forumlarda təkrarladığı rəsmi iddialarının yalan olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Səudiyyə rejimi son iki ayda Qətifdən Ənvər əl-Ələvi, Mənhal əl-Ribh və Heydər ət-Tahif adlı üç nəfəri edam edib.

Qeyd olunanlardan əlavə, Səudiyyə rejiminin əlində 144-dən çox Qətif və Əl-Əhsa şəhidinin cənazəsi var. Onlar təhlükəsizlik qüvvələri tərəfindən küçələrdə güllələnərək həbs olunan, həbsxana kameralarında işgəncə qamçıları altında həyatını itirən, tək-tək və ya qrup halında boyunları qılıncla kəsilərək edam olunanların cəsədləridir. Dəfələrlə tələb olunmasına baxmayaraq, rejim cəsədləri ailələrinə təhvil verməməkdə israrlıdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!