Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

18 may 2023

21:01:47
1366881

Oğurlanan qara qızıl İraqa daşınır

ABŞ qüvvələri Suriya neftini oğurlamaqda davam edirlər.

Son saatlarda Suriyanın şimal-şərqindəki neft yataqlarından 42 neft çəni olan ABŞ karvanı qeyri-qanuni fəaliyyət göstərən Mahmudiyyə sərhəd keçid məntəqəsindən İraqa daxil olub. ABŞ ordusu bu məqsədlə Suriyadan İraqa 42 tanker neft aparıb.

Bundan əvvəl Suriyanın xarici işlər naziri Feysəl Miqdad 2011-ci ildən 2022-ci ilə qədər ölkənin neft və qaz sektorlarına dəyən ziyanın 107 milyard dollar təşkil etdiyini, Dəməşqin buna görə təzminat tələb etdiyini bildirmişdi.

ABŞ ordusu Suriyanın şimalında və şimal-şərqində Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Əl-Həsəkə və Riqqə əyalətlərindəki ərazilərə qanunsuz nəzarət edir.

Rəsmi Dəməşq dəfələrlə ABŞ hərbçilərinin öz ərazisində olmasını işğal və neftin açıq şəkildə oğurlanması məqsədi ilə dövlət quldurluğu adlandırıb.

342/