Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

18 may 2023

10:40:00
1366809

Səudiyyə Ərəbistanı növbəti gənc Şiəni edam etdi; Səudiyyə rəsmiləri gizli edamlar etməklə nəyi gizlədir?

2017-ci ildə həbs edilən Ənvər əl-Ələvi 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanının Şiə bölgəsində edam edilərək öldürülən üçüncü şəxsdir. Səudiyyə hakimiyyəti mart ayında gənc vicdan məhbusu Heydər əl-Tahifəni və bu yaxınlarda, bu ayın əvvəlində Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vicdan məhbusu Minhal əl-Ribhin edam edildiyini elan edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ərəbistan Yarımadasında İnsan Haqlarını Müdafiə Komitəsi hesabatında yazıb:

“Səudiyyəli gənc Şiə Ənvər Əl-Ələvinin edam edilməsi hər kəsi şoka saldı, onun ailəsinə ölüm hökmü barədə məlumat verilməmişdi və onun adı da hüquq-müdafiə təşkilatları tərəfindən edamla təhdid edilən vicdan məhbuslarının adları arasında qeyd edilməmişdir.

Ənvər əl-Ələvi soyuqqanlılıqla edam edildi və ailəsi yasa batdı, onun ölüm hökmü nə vaxt verildi? Heç kim bilmir... Onun məhkəməsi nə vaxt və necə keçirilib? Bunu da heç kim bilmir. Hətta onun ittihamları da aydın deyil.

Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları tərəfindən açıqlananların hamısı Daxili İşlər Nazirliyinin Ənvər əl-Ələvinin edamı ilə bağlı bəyanatında deyilənlərlə eyniyət təşkil edir. Bu nazirliyin bütün açıqlamaları kimi, Ənvər əl-Ələvinin edamı ilə bağlı yaydığı bəyanatda da yalan ittihamlar, yalan məlumatlar var.

Bu hadisə narahatlığın çoxalmasına səbəb olur və təhlükəli bir reallığa işarə edir. Ölümə məhkum olunanların sayı bildiyimizdən qat-qat çoxdur!

2017-ci ildə həbs edilən Ənvər əl-Ələvi 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanının Şiə bölgəsində edam edilərək öldürülən üçüncü şəxsdir. Səudiyyə hakimiyyəti mart ayında gənc vicdan məhbusu Heydər əl-Tahifəni və bu yaxınlarda, bu ayın əvvəlində Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vicdan məhbusu Minhal əl-Ribhin edam edildiyini elan edib.

Heydər və Minhal edamla təhdid edilən vicdan məhbusları siyahısında idilər, bu siyahıda 75-ə yaxın azyaşlılar da daxil olmaqla ad var.

Səudiyyə hakimiyyəti ailələrə xəbər vermədən edamları gizli həyata keçirir, ona görə də bu edam həm ailələri və həm də insan haqları təşkilatlarını şoka salır.

Hər halda Ənvər əl-Ələvinin adı edam olunacaqların siyahısında yox idi, yəni onun edamı heç vaxt gözlənilmirdi, ona görə də onun edam olunması xəbəri hər kəsi şoka saldı və təhlükəli nəticələrə səbəb oldu.

Məhz buna görə də, Səudiyyə hakimiyyətinin amansız və repressiv siyasətinin heç bir maneə ilə üzləşmədən davam etdirməsi hər an baş verə biləcək fəlakətdən xəbər verir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!