Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

18 may 2023

10:11:00
1366807

Pakistanda Şiələrinin terror edilməsi səngimir; Ata və oğul beş gün ərzində terror nəticəsində şəhid edildi

Pakistan Şiələrinə qarşı misli görünməmiş cinayətdə cəmi 5 gün ərzində həm ata və həm də oğul vəhhabi təkfirçi terrorçuların hədəfinə tuş gələrək şəhadətə yetiriliblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Pakistanın Paraçinar bölgəsində baş verən terror hadisəsindən sonra Kəraçidə yenidən Şiələrə qarşı məqsədyönlü qətl əməliyyatı başlayıb və bu dəfə 5 gün ərzində həm ata və həm də oğul şəhadətə yetirilib.

Məlumata görə, şəhidlərdən biri Seyyid Səfdər Şah Pakistanın Karaçi əyalətinin Korangi şəhərində yaşayan fəal şiə lideridir ki, sionisdt qüvvələrə bağlı 3 vəhhabi silahlı terrorçu tərəfindən şəhadətə yetirilmişdir.

Belə ki, ilk öncə başından güllə yarası alıb və ağır yaralanan Seyid Səfdər Şah hadisə yerindən təcili tibbi yardım maşını ilə dərhal Cinnah xəstəxanasına aparılıb. Həkimlərin ciddi cəhdlərinə baxmayaraq proflikatik müalicələr nəticə verməyib və o, dünyasını dəyişib.

Qeyd edək ki, bu hadisə elə bir vaxtda baş verib ki, cəmi 5 gün əvvəl Seyid Səfdər Şahın oğlu Seyid Əzhər Rəzəvi Korangi şəhərində “Sepahi Sahaba” adlı vəhhabi terror qruplaşmasının hücumuna məruz qalaraq həyatını itirmişdir. Polis rəsmiləri bu qətli quldur hücumu adlandırıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!