Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

17 may 2023

16:46:24
1366583

“Belə faşistcəsinə işgəncələrə son qoyulmalıdır!”

Hüquq müdafiəçisi Rüfət Səfərov dindarlara divan tutduğuna xatir tayfa rejiminə xəbərdarlıq edib.

Rüfət Səfərov deyib ki, İranla dövlətlərarası böhran zəminində Azərbaycan hakimiyyəti fürsəti fövtə vermir, daxildə hakim siyasətlə razılaşmayan inanclı şəxslərə qarşı yeni, lakin ağır repressiya səhifəsi açıb. Əsas və səbəb olmadan cinayət işləri açılır, “növbətçi ittihamlar” işə salınır, şüurlu ömrünü ruhaniliyə həsr edən, həyatında bir dəfə də olsun siqaret çəkməyən, pis vərdişi olmayan inanclı şəxs “narkotacir” qismində təqsirləndirilir, ya da heç bir dəlil olmadan dövlətə xəyanət ittihamı irəli sürülür.

Onun sözlərinə görə, heç bir cinayəti olmayan inanclı şəxslər qurama ittihamlar əsasında cəmiyyətdən təcrid edilirlər, bu, azlıq edirmiş kimi, qeyri-insani rəftara, ağır işgəncələrə məruz qalırlar.

Hüquq müdafiəçisi sonra “Nardaran işi” üzrə 20 il müddətinə azadlıqdan məhrum edilmiş vicdan məhbusu, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynin taleyinə toxunub: “Abbas Hüseyn çarmıxa çəkilib. Lüt soyundurub, saatlarla qızmar günəş altında saxlayıbıar. Elektroşok vasitəsilə bədəninə cərəyan veriblər. “Bandotdel”də bu vandalizmi edənlər isə ermənilər yox, eyni milliyəti paylaşdığımız insanlar olub”.

Hüquq müdafiəçisi qeyd edib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov işgəncə prosesində şəxsən iştirak edib.

 

342/