Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

16 may 2023

03:20:00
1366050

Fələstin xalqına dəstək üçün yüz minlərlə yəmənlinin yürüşü \ ABŞ və cühüd rejimin bayraöı yandırıldı - Foto

Yüz minlərlə yəmənli Fələstin xalqı ilə həmrəyliklərini ifadə etmək və Fələstin müqavimət qüvvələrinin qələbəsi və sionist işğalçı ordusunun Qəzza zolağına 5 gün ərzində etdiyi hücumunda məğlubiyyətə uğramasına görə öz xoşbəxtliklərini elan etmək üçün Yəmənin paytaxtı Sənada yürüş keçiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, yüz minlərlə yəmənli Fələstin xalqı ilə həmrəyliklərini ifadə etmək və Fələstin müqavimət qüvvələrinin qələbəsi və sionist işğalçı ordusunun Qəzza zolağına 5 gün ərzində etdiyi hücumunda məğlubiyyətə uğramasına görə öz xoşbəxtliklərini elan etmək üçün Yəmənin paytaxtı Sənada yürüş keçiriblər.

Yürüşdə iştirak edənlər əllərində Fələstinin və Fələstin İslami Cihad Hərəkatının bayraqlarını tutaraq Fələstinin azadlığı uğrunda müqavimət göstərən silahlı qruplaşmalara, xüsusilə də Fələstin İslami Cihad Hərəkatına dəstək şüarları səsləndiriblər.

Bu yürüş “Azadların qanının qisası” adı altında keçirilib. Yəmənli yürüş iştirakçıları həmçinin sionist rejim və amerikalıların siyasətlərini pisləyən şüarlar səsləndirib və ərəb ölkələrinin sionistlərin cinayətləri ilə bağlı ictimai və rəsmi sükutunu pisləyiblər.

Aksiya iştirakçıları müsəlman xalqların oyanışını və onların Fələstin armanlarını dəstəkləmələrini və onun xalqların prioritet və gündəminə qaytarılmasını vurğuladılar.

Fələstin xalqı ilə həmrəylik və Qəzza zolağında müqavimətin qələbəsindən xoşbəxtlik ifadə edən yürüş iştirakçıları Yəmənin paytaxtı Sənada ABŞ və sionist rejimin bayraqlarını yandırıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!