Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

13 may 2023

19:39:25
1365427

Ərdoğan seçki rəqibinin Rusiyaya qarşı ittihamlarını tənqid edib

Türkiyə prezidenti və bu ölkədəki hakim partiyadan qarşıdakı president seçkilərinə namizəd, Rusiyanı ittiham etdiyinə görə, müxalifət düşərgəsindəki rəqibini tənqid edib.

اökumətə qarşı çıxan altı partiyanın yaratdığı “Millət” koalisiyasının vahid namizədi- Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyə seçkilərinə qarışmaqda ittiham edib. Kılıçdaroğlu rus dilində yazılmış bir tvittdə Kremli bu ölkənin seçkilərinə müdaxilə etməməyə çağırıb.

Kılıçdaroğlu həmin tvitt-də belə yazıb: Rus dostlar, seçki namizədlərinin imicini pozan kasetlərin, məzmunların/ və filmlərin montajının arxasında siz durursunuz.

Rəcəb Tayyıp Ərdoğan müxalifətin namizədinə xitabən deyib: Kamal Kılıçdaroğlu Rusiyanın Türkiyə seçkilərinə müdaxiləsi haqdakı iddialarından xəcalət çəkməlidir.

Əlbəttə, bu ittihamlar Rusiyanı da reaksiya verməyə məcbur edibdir.

Rusiya president administrasiyasının sözçüsü- Dmitri Peskov deyib: Rəsmən elan edirəm ki, Türkiyə seçkilərinə müdaxilə etmirik və Kılıçdaroğlu-ya belə bir məlumatı verən kəs, yalançıdır.

 342/