Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

13 may 2023

16:00:00
1365418

Əziz İslam Peyğəmbərinin "Məhəmməd" adı, Berlində ən məşhur adlar arasında birinci olub

Almaniyadakı ən məşhur adların ixtisaslaşmış (beliebte-Vornamen) veb saytına müraciət edərək, Malik, Əli, Ülya və Zeynəb kimi digər İslami adların 2022-ci ilin ən məşhur adları arasında olduğunu görürürk.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əziz İslam Peyğəmbərinin "Məhəmməd" (səlləllahu əleyhi və alih) adı Almaniyanın paytaxtı Berlində yeni doğulan körpələrə qoyulan ən məşhur adlar arasında birinci olub.

Almaniyanın “Tagesspiegel” qəzeti “Məhəmməd” adının “Nuh” və “Adəm” kimi uzun müddətdir siyahıda öndə olan adları qabaqladığını açıqlayıb.

Alman Assosiasiyasından verilən açıqlamaya görə, bütövlükdə Almaniyada yeni doğulmuş körpələr üçün hələ də ən populyar ad Nuhdur.

Almaniyanın "Die Zeit" qəzetinin məlumatına görə, adların illik siyahısı Almaniyada 750-dən çox doğum qeydinin məlumatlarına əsaslanır.

Qəzet yazıb: Məhəmməd adı milli miqyasda 20-ci yerdədir və 2022-ci ilin son ilində doğulan 2758 körpəyə bu ad verilib.

Almaniyadakı ən məşhur adların ixtisaslaşmış (beliebte-Vornamen) veb saytına müraciət edərək, Malik, Əli, Ülya və Zeynəb kimi digər İslami adların 2022-ci ilin ən məşhur adları arasında olduğunu görürürk.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!