Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

12 may 2023

13:22:38
1364993

ABŞ İranın İnsan Hüquqları Şurasının Sosial Assambleyasına sədrliyindən əsəbiləşib

ABŞ Dövlət Departamenti İran nümayəndəsinin İnsan Hüquqları Şurasının Sosial Assambleyasına sədr seçilməsini nigaranedici adlandırıb.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel yerli vaxtla cümə axşamı günü İranın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi və səfirinin 2023-cü ildə İnsan Hüquqları Şurasının Sosial Assambleyasına dövri sədri seçilməsinə reaksiya verib. Vaşinqtonun əsəbiliyini ifadə edən Patel iddia edibdir ki, İranın BMT-nin İnsan Hüquqları Şurasının Sosial Assambleyasının növbəti sədri seçilməsi son dərəcə narahatlıq doğurur.

Bu amerikalı rəsminin iddiasına görə, İran nümayəndəsinin belə bir qrupa sədr seçilməsi onun təsirli olmasını məhdudlaşdıracaq.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini əlavə edib: Birləşmiş Ştatlar keçmişdə bu qrupun iclaslarında iştirak etməyib və cari ildəki iclasda da iştirak etmək niyyətində deyildir.

Co Baydenin demokrat hökuməti diplomatiya yanaşması şüarına rəğmən, Donald Tramp hökumətinin maksimum təzyiq siyasətini yürütməkdədir və son İran olaylarından sonra da insan hüquqları bəhanəsilə öz qərbli müttəfiqləri ilə yanaşı, İrana qarşı sanksiyalar tətbiq edibdir.

Bayden hökuməti İran İslam Respublikasının müxalifləri ilə eyni istiqamətdə və iranlı qadınların hüquqlarını müdafiə adı altında BMT və beynəlxalq mexanizmlərdən sui-istifadə etməklə 2022-ci il dekabrın on dördündə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında İranın BMT-nin Qadının Statusu Komissiyasındakı üzvlüyünə son qoyulmasına dair qətnamə layihəsini irəli sürdü və 29 lehinə, səkkiz əleyhinə və on altı tərəfsiz səslə qəbul edildi. Bayden administrasiyası bununla, təhlükəli gedişat və pis qaydanın əsasını qoymuş oldu.

İnsan Hüquqları Şurasının sədri mayın on birində İran İslam Respublikasının Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanındakı  daimi nümayəndəsi və səfiri Əli Bəhreyninin 2023-cü ildə İnsan Hüquqları Şurasının Sosial Assambleyasına on doqquzuncu iclasına sədr seçildiyini bildirdi.

342/