İclasda suriyalıların təhlükəsiz şəkildə öz ölkələrinə geri dönmələri barədə də söhbət etdik. İclasda qəbul edilən qərarlara əsasən, bir komitə yaradılacaq və qısa bir zamanda komitə iclas keçirəcək- deyə, Çavuşoğlu əlavə edib.
Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, müzakirələr taxılın Qara dəniz yolu ilə ötürülməsi razılaşmasının iki ay müddətinə uzadılması istiqamətində davam edəcək.
Türkiyə xarici işlər naziri dördtərəfli Moskva iclasından sonra öz tvitter səhifəsində yazıb ki: Moskva iclasında terrorizmlə mübarizə sahəsindəki həmkarlıq, suriyalıların öz ölkələrinə geri dönmələrinə şəraitin yaradılması, Suriyadakı siyasi gedişatın irəlilədilməsi və bu ölkənin ərazi bütövlüyünün qorunması zərurətinə təkid etdik.
Cari həftənin əvvəllərində Çavuşoğlu demişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan və onun suriyalı həmkarı Bəşşar Əsəd Moskva iclasından sonra cari ilin sonlarında bir-birilə görüşə bilərlər.
Dördtərəfli Moskva iclası Türkiyə-Suriya əlaqələrinin bərpası və Suriyadakı siyasi böhrana son qoyulması istiqamətində Dəməşq, Tehran, Moskva və Ankara rəsmiləri arasındakı görüşlərin davamında həyata keçirilib.
ÇAVUŞOĞLU SURİYADA SABİTLİYİN BƏRQƏRARI VACİBLİYİNİ VURĞULAYIB
342/