Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

11 may 2023

14:20:00
1364806

Ərbəin yürüşünün vaxtı açıqlandı \ İranlı zəvvarlara müvəqqəti pasportlar veriləcək

İİR Ərbəin Mərkəzi Qərargahının icraçı direktoru, İraq mokəblərinin səfər ayının 10-da xidmətə başlayacağını bildirib və əlavə edib: “Ərbəin qərargahının qərarı ilə, Ərbəin proqramının həyata keçirilməsi səfər ayının 1-dən 25-nə (18 avqustdan 11 sentyabr tarixinə) kimi davam etməlidir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Ərbəin Mərkəzi Qərargahının icraçı direktoru Ərbəin Mərkəzi Qərargahının Mədəniyyət və Təhsil Komitəsinin üçüncü iclasında deyib:

“Builki Ərbəin mərasimi Səfər ayının birinci günü (avqustun 18-i) başlayacaq.”

Ümid Kövsərifər əlavə edib:

“Ötən il mövcud olan müzakirələrdən biri də İraqda Ərbəin əməliyyatlarının həyata keçirilməsindən öncə Ərbəin zəvvarlarının İraqa daxil olması məsələsi idi.”

O, İraq mokəblərinin səfər ayının 10-da xidmətə başlayacağını bildirib və əlavə edib:

“Ərbəin qərargahının qərarı ilə, Ərbəin proqramının həyata keçirilməsi səfər ayının 1-dən 25-nə (18 avqustdan 11 sentyabr tarixinə) kimi davam etməlidir.”

Ərbəin qərargahının rəhbəri həmçinin cari ildə Ərbəin ilə bağlı işlərin asanlaşdırılması üçün İraq Daxili İşlər Nazirliyi ilə yaxşı anlaşmalar barədə məlumat verib və bildirib ki, sıxlıq və gecikmələrin qarşısını almaq məqsədi ilə İraqla razılaşdırılıb ki, İranlı zəvvarların səyahət etməsi üçün Ərbəin zamanı xüsusi və müvəqqəti pasportlar verilsin.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!