Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

10 may 2023

13:10:00
1364551

İran Prezidenti şəhid Qasim Süleymani və Mühəndisiyə qarşı sui-qəsd işinin davam etdirilməsini vurğuladı

“İki qonşu və qardaş ölkə arasında məhkəmə əməkdaşlığının ən mühüm nümunələrindən biri terrorla mübarizə aparan liderlərini şəhid etmək kimi terror cinayətində iştirak etmiş bütün insanların mühakimə olunmasıdır”,- deyə Faiq Zidan bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Prezidenti, cənab Rəisi ötən çərşənbə axşamı axşam İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zidanla keçirtdiyi görüşdə onun müqavimət komandirlərinin terror edilməsi ilə bağlı aparılan istintaq barəsindəki izahatına işarə edərək deyib:

  “İraq hökumətinin və məhkəmə sisteminin şəhid Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terror edilməsində amerikalıların dəhşətli cinayət işini təqib etməsi, bu cinayəti törədən komandirlərini, idarəçilərini və icraçılarını Ədalət məhkəməsinə verilməsindəki iradəsi bizə aydındır.”

Rəisi, terrorla mübarizə uğrunda qətlə yetirilən komandirlərin öldürülməsi ilə bağlı ədalətin icra edilməsinin gecikdirilməməsinə işarə edərək deyib:

“Nəticə əldə olunana qədər bu işi davam etdirmək onu göstərəcək ki, İran və İraq ədalətin həyata keçirilməsində heç bir əhd-peymana əməl etməyən qüvvələrə əhəmiyyət vermir.”

Prezident Tehran və Bağdad arasında enerji sahəsində geniş əməkdaşlığın davam etdirilməsinə toxunaraq, İraq hökumətinin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi və icrasını sürətləndirməsinin vacibliyini vurğulayıb.

Görüşdə İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zidan da İran İslam Respublikası ilə məhkəmə əlaqələri və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“İki qonşu və qardaş ölkə arasında məhkəmə əməkdaşlığının ən mühüm nümunələrindən biri terrorla mübarizə aparan liderlərini şəhid etmək kimi terror cinayətində iştirak etmiş bütün insanların mühakimə olunmasıdır”,- deyə Faiq Zidan bildirib.

İraqın Ali Məhkəmə Şurasının rəhbəri həmçinin İranın İraqa qaz və elektrik satışı ilə bağlı borclarının ödənilməsi üçün İraq dövlətinin gördüyü işlər haqqında hesabat təqdim edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!