Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

10 may 2023

12:40:00
1364549

General-mayor Baqiri bu günkü müsahibəsində yeni dünya düzəni barəsində açıqlama verdi: Yeni düzəndə ABŞ-a yer yoxdur!

Avropalılar Amerika ilə ittifaqdan əl çəkməlidirlər / biz bütün gücümüzlə Fələstinə kömək edəcəyik!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bu gün “Yeni Dünya Nizamı Həndəsəsi” adlı konfransında deyib:

“Bir il əvvəl İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Xamenei analtiklərə bu dünya düzənində və gələcək nizamda baş verən dəyişiklikləri araşdırmaq və bu yeni yaranacaq düzəndə ölkənin mövqeyini müəyyən etmək zərurətini izah etmişdir. Sizin universitetiniz isə bu konfransın keçirilməsi üçün heç bir səyini əsirgəməyib.”

O əlavə edib:

  “Ümumbəşəri nizamları idarə edən hakim qayda müxtəlif tarixi dövrlərdə dəyişib və hər hansı bir nizamın əbədi sabitliyi mümkün deyildir.”

Cənab Baqiri davam edib:

“20-ci əsrin əvvəllərində dünyada mövcud olan iki blok, Şərq və Qərb, daha çox mənfəət əldə etməyə, Qərbi Asiya regionuna və onun digər strateji imkanlarına hakim olmağa çalışırdı. Sonrakı hadisələrdə 40 illik ikiqütblü müharibə formasında formalaşan soyuq müharibə və kommunizmin qlobal tənlikdən silinməsi, ardınca ABŞ-ın İraq və Əfqanıstan ölkələrinə vəhşicəsinə təcavüzü, daha sonra Suriya və İraq hökumətlərini devirmək üçün qondarma “İŞİD” adlı terror cərəyanının yaradılması, bütün bunlar dünya rejimlərinin dəyişməsindən xəbər verir.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib:

  “Sübutlar göstərir ki, dünyada birqütblü nizam heç vaxt özünə sabit forma ala bilməyib və dünya yeni nizamın astanasındadır. Və İranda İslam İnqilabının meydana çıxması və bu inqilabın İlahi Hakimiyyət yolunda daim artan və inkişaf etməkdə olan atılan bir addım kimi dəyərləndirilməsi yeni dünya nizamının formalaşması üçün istisna hesab olunur. İslam İnqilabı Amerikanın dünyanı fəth etməsinin uğursuzluğunda rol oynayan mühüm amillərdən biridir və bu hərəkat davam edəcək.”

O bildirib:

  “Allahın vədləri göstərir ki, Allahın iradəsi dünyada təkəbbürlü sistemləri alt-üst etmək və saleh sistemlər qurmaqdır və İran İslam İnqilabı da bu yoldadır.”

General Baqiri bildirib:

  “ABŞ-ın dünyanın mütləq lideri olmaq cəhdi uğursuzluqla qarşılandı, bunun əlamətlərini Amerikanın İraq və Əfqanıstandan sürətlə geri çəkilməsində və Qərbi Asiyada Amerika hərbi qüvvələrinin əhəmiyyətli dərəcədə ixtisara salınmasında, ABŞ-ın. Qərbi Asiyada, Cənubi Çində və Qərbi Avropada möhkəmlənməsində düçar olduğu çaşqınlığında və digər amillərdə görmək olar. Bu gün Amerika keçmişlə müqayisədə xeyli zəif və təcrid olunmuş vəziyyətdədir.”

İİR Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib:

  “Fələstini qəsb edən, Nil çayından Fərat çayına qədər olan əraziləri nəzarətə götürmək xülyaları ilə yaşayan, ərəblərlə müharibədə qələbə qazanan və hərbi gücə sahib olan İsrail, 2006-cı ildə Hizbullahla 33 günlük müharibədə məğlubiyyətdən sonra müxtəlif sahələrdə böyük problemlərlə üzləşir və üzübəri, aşağı enişdədir. Amma məzlum Fələstin xalqı və müqavimət cəbhəsi Fələstin azadlığı yolunda gücün, koordinasiyanın və artan hərəkatın zirvəsini fəth etməkdədir.”

Cənab Baqiri bildiriblər:

  “Çinin iqtisadi baxımdan güclənməsi və dünyanın ilk iqtisadi gücünü Amerikadan alması və bütün Asiyaya, Afrika və Avropanın gücünün bir hissəsinə sərmayə qoyması və hərbi gücünü artırması dünya nizamının və qüdrətinin həndəsəsindəki dəyişikliyin digər mühüm əlamətidir.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi sözünə davam edib:

“Rusiyanın Qərbə güvənməkdən əl çəkməsi və müharibəyə girmək bahasına olsa belə NATO-nun şərqə doğru genişlənməsinə qarşı durması, digər tərəfdən Amerikanın Ukraynanın infrastrukturunu məhv etmək bahasına olsa belə müharibəni davam etdirməkdə israrlı olması, Rusiyanın bufer zona yaratmaqda israrlı olması, bunu göstərir ki, bu müharibə heç də asanlıqla sona yetməyəcək. Avropaya mal və enerji nəqli yollarını bağlanması Rusiyanın Şərqə doğru dönüşünə səbəb olacaqdır.”

O daha sonra bildirib:

  “Yeni elmlərin tərəqqisi yeni dünya düzəninin başqa bir xüsusiyyətidir və Amerika artıq bu sahədə dünya lideri deyil. Amerika tənəzzül yolundadır və əgər Avropa və Amerikanın digər müttəfiqləri Amerikanın kor-koranə dəstəyi zəncirlərindən qurtulmasalar, onunla birlikdə geridə qalacaqlar.”

Daha sonra cənab Baqiri deyib:

  “Asiya və Şərq Amerikanın zorakı siyasətlərinə qarşı eyni fikirdədir və Şanxay müqaviləsində hökumətlərin bir araya gəlməsi sinerji yolundadır. Dünyanın bu hissəsi gələcəkdə mütləq dünyanın ən böyük gücü olacaqdır.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib:

  “İran ölkəsi imtiyazlı mövqeyi və resursları ilə şərəf və qürurla dolu bir tarixə və dünya güc iyerarxiyasında sıçrayış qabiliyyətinin artmasında unikal bir potensiala malikdir.”

General Baqiri bildirib:

  “Qonşu ölkələrlə dostluq və qardaşlıq istiqamətində hərbçilərimizin çəkindirici gücü, Amerika zorakılığına qarşı dirəniş göstərməsi yaxşı təhlükəsizlik sipərini yarada bilmişdir. Ölkəmizin qonşularla sülh və dostluğun inkişaf etdirməsini, onların torpaqlarına və mənafeyinə göz dikməmək kimi qəti siyasəti dost ölkələrin İranın imkanlarından faydalanması üçün lazımi platformanı yaratmışdır.”

Sərdar Baqiri deyib:

  “İran Silahlı Qüvvələri, Asiya ölkələrinin böyük ordularının Şanxay paktı çərçivəsində üstün qlobal sülhməramlı güc kimi formalaşdırılmasını və tələb olunan hərbi məhsulların birgə istehsalı üçün sinerjisini alqışlayır. İran bölgə ölkələrinin təhlükəsizliyini qorumaqda öz rolunu oynamağa cavabdehdir.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi sonda deyib:

  “Biz ABŞ və onun avropalı tərəfdaşlarının hərbi mövcudluğunu regionun zərərinə hesab edirik və Fələstin xalqının suverenliyini tanıyır və bütün gücümüzlə ona kömək edirik.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!