Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

10 may 2023

11:30:00
1364524

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Paraçinar terror hadisəsini məhkum edən bəyanatı

Şübhəsiz ki, terrordan məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etməyə qarşı çıxmaq, İslami vəhdətə can atmaq və cəmiyyətin təhlükəsizliyini qorumaq, Pakistan müsəlmanlarının və beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu məsələlərdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, yaxın günlərdə təkfirçi qrupların Pakistanın Paraçinar şəhərindəki orta məktəbə hücumu nəticəsində Əhli-Beyt (ə) məktəbinin ardıcıllarından olan 7 müəllimin şəhid olmasının ardınca Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayıb. Assamblea terror hadisəsini pisləyərək, təkfirçi cərayanının tanıdılmasına və pis fenomen terrorizm ilə mübarizə aparılmağın zəruriliyinə təkid etmişdir.

Bəyanatın mətni belədir:

 

Bismilləhir Rahmənir Rahim

 

“Kim bir mömini qəsdən öldürərsə, o, əbədi olaraq cəhənnəm əzabına düçar olar və Allahın qəzəbi onun üzərinə olar, onu lənətləyər və onu böyük bir əzab gözləyir.”” Nisa 93

Pakistanın Paraçinar şəhərinin müəllimlikdən başqa vəzifəsi olmayan Şiə məzhəbnə mənsub olan müəllimlərinin məzlumcasına şəhadəti bütün dünya Şiələrinin, Pakistan müsəlmanlarının və dünyanın azadlıqsevərlərinin qəlbini kədərləndirdi.

Təkfirçi qruplar tərəfindən planlaşdırılmış bu terror aktı bir daha Şiələrin və bu region xalqının məzlumluğunu üzə çıxardı. Bu terror aktı beynəlxalq ictimaiyyətin təkfirçi cərəyanını tanımasına və terrorizm kimi dəhşətli fenomenlə mübarizə aparmaq və getdikcə buna qarşı daha çox iş görməsinin zəruri olmasına səbəb oldu.

Şübhəsiz ki, terrordan məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etməyə qarşı çıxmaq, İslami vəhdətə can atmaq və cəmiyyətin təhlükəsizliyini qorumaq, Pakistan müsəlmanlarının və beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu məsələlərdir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bu terror hadisəsini kəskin şəkildə pisləyir, şəhidlərin sağ qalanları ilə həmrəylik və onlara olan rəğbətini ifadə edir, Pakistan müsəlmanlarına və Əhli-Beyt (ə) ardıcıllarına başsağlığı verərək Uca Allahdan bu hadisənin şəhidlərinə rəhmət və məğfirət diləyir.

Həmçinin Pakistan hökumətinə terrorizmlə mübarizədə göstərdiyi səylərə görə təşəkkür etməklə yanaşı, bu faciəli hadisənin səbəbkarları ilə mübarizə aparmaq üçün ciddi səylər göstərməyə çağırır.

 

Ümümdünya Əhli-Beyt (ə) Assambleyası

18 şəvval 1444

9/5/2023

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!