Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar ertəsi

8 may 2023

10:05:00
1363787

Konqodakı daşqınlarda ölənlərin sayı 400-ə çatıb

Təbii fəlakət nəticəsində ölənlərin xatirəsinə bu gün ölkədə bir günlük matəm elan edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Konqoda baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400-ə çatıb.

Bu barədə ölkənin şərqində daşqından ən çox zərər çəkən Kalehe rayonunun administrasiyasının rəsmisi Tomas Bakenqa bildirib.

Qeyd edək ki, ötən həftə Konqonun Cənubi Kivu əyalətində yağan güclü yağışlar çayların daşmasına və yüzlərlə evin su altında qalmasına səbəb olub.

Təbii fəlakət nəticəsində ölənlərin xatirəsinə bu gün ölkədə bir günlük matəm elan edilib.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!