Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

7 may 2023

14:15:00
1363542

Meşə yanğınları Kanadanı iflic etdi. On minlərlə sakin təxliyə edilib

Məcburi evakuasiya Albertanın şimalında və mərkəzində yaşayan 24 511 nəfəri əhatə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kanadada 120 min hektardan çox ərazini məhv edən irimiqyaslı meşə yanğınları davam edir.

Bu səbəbdən hakimiyyət Alberta əyalətinin 24 mindən çox sakinini təxliyə etmək qərarına gəlib.

NBC telekanalının verdiyi məlumata görə, əyalətdə 103 yanğın baş verib. Yanğın təxminən 121 909 hektar ərazini məhv edib.

Məcburi evakuasiya Albertanın şimalında və mərkəzində yaşayan 24 511 nəfəri əhatə edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!