Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

7 may 2023

12:30:00
1363516

Ərəb Dövlətləri Liqası geri çəkilərək yenidən Suriyanın fəaliyyətini bərpa etdi

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 22 əsas üzvü və 4 nəzarətçi üzvü var və Suriyanın üzvlüyü 2011-ci ilin noyabrından dayandırılmışdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib.

“Al Sumaria” telekanalının verdiyi xəbərə görə, bunu İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ahmed as-Sahaf açıqlayıb.

Bu barədə qərar bu gün Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının Qahirədə keçirilən iclasında qəbul edilib.

Suriya nümayəndə heyəti mayın 7-dən yenidən Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak etməyə başlayacaq.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 22 əsas üzvü və 4 nəzarətçi üzvü var və Suriyanın üzvlüyü 2011-ci ilin noyabrından dayandırılmışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!