Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

6 may 2023

17:21:32
1363232

Dünyada koronavirusla bağlı fövqəladə vəziyyət başa çatıb

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, gələcəyə ümidlə, kovid-on doqquzla bağlı fövqəladə vəziyyət başa çatıb.

Tedros Adhanom dünən söyləyib: Ötən bir ildə dünyada kovid-on doqquza yoluxma şəraiti tənəzzül halında olub və əksər ölkələr bu virus pandemiyasından öncəki adi həyata qayıdıblar.

Adhanom eyni zamanda xəbərdarlıq edibdir ki, bu məsələ kovid-on doqquz təhdidinin aradan götürülməsi anlamına gəlmir və bu virusun yeni mutasiyaları təhlükəsi hələ də qalmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin yanvar ayında koronavirusun yayılmasını/ beynəlxalq narahatlıq və ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etdi.

Rəsmi statistikalara görə, koronavirus pandemiyasının əvvəlindən bəri dünyada bu xəstəliyə yoluxanların ümumi sayı, altı yüz səksən milyon nəfəri keçib, altı milyon səkkiz yüz min nəfərdən çox xəstənin ölümü də təsdiqlənibdir.

 342/